Sentyabrın 2-də Dövlət Gömrük Komitəsində Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) nümayəndələri ilə görüş keçirilib.
FED.az xəbər verir ki, Gömrük Komitəsinin sədri Şahin Bağırov və TÜİB sədr Hüseyin Büyükfıratın da iştirak etdiyi görüşdə gömrük-biznes əməkdaşlığı , gömrük sistemində biznes yönümlü layihələrin rəqəmsallaşması, gömrük prosedurlarının sadələşdirilməsi müzakirə edilib.
Eyni zamanda TÜİB nümaynədələr ilə ticarətin səmərəliliyinin artırılması üçün görülən işlərdən bəhs edilib, biznes nümayəndələrinin xarici ticarət əməliyyatları zamanı qarşılaşdıqları məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, onların təklif və rəyləri dinlənilib, sualları ətraflı cavablandırılıb.