Azərbaycanda daha bir yüksək vəzifəli məmur işini tərk edib.
SOCAR-dan Naxçıvana təyinat - BAŞ NAZİRİN MÜAVİNİ OLDU
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədrinin 1-ci müavini İsmayıl Hüseynov işdən azad edilib.
Xatırladaq ki, 1995-ci ildən gömrük orqanlarında xidmətə başlayan İsmayıl Hüseynov müxtəlif vəzifələrdə çalışıb. 25 iyun 2018-ci il tarixdə Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Yeni məlumata görə, İ.Hüseynov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini təyin olunub.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.