Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə daxilolmalar 983,1 milyon manat təşkil edib.
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu sahədən daxilolamlar gözləniləndən 3,1 milyon manat və ya 0,3% daha az olub. Belə ki, DGK-dan daxilolmaların iki ayda 986,2 milyon manat olması proqnozlaşdırılırdı.
Qeyd edək ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 6 milyard 311,5 milyon manat təşkil edib ki, bu da proqnozu 58,3 milyon manat və ya 0.9 faiz üstələyib. Dövlət büdcəsinin xərcləri 4 milyard 803,4 milyon manat proqnoza qarşı 4 milyard 643,1 milyon manat məbləğində icra edilib ki, bu da 96.7 faiz təşkil edir. Xərclər proqnozdan 160,3 milyon manat az icra olunub.











