Dövlət Gömrük Komitəsi (DGK) ilə Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) arasında görüş keçirilib.
BTQ çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılmasına dair - SAZİŞ TƏSDİQLƏNİB
DGK-dən FED.az-a bildirilib ki, “AHK İmpuls” ənənəvi tədbiri çərçivəsində keçirilən görüşdə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann təmsil etdiyi qurumla Azərbaycan gömrük xidməti arasındakı əməkdaşlıqdan bəhs edib, gömrük sistemində son dövrlərdə aparılan təkmilləşdirilmələrin, tətbiq edilən yeniliklərin gömrük-biznes dialoqunun daha da inkişaf etdirilməsi, əlaqələrin gücləndirilməsi baxımından yeni imkanlar yaratdığını vurğulayıb.
Tədbirdə təqdimatla çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, biznes nümayəndələrinə münbit şəraitin yaradılması, şəffaf, bərabərhüquqlu fəaliyyət mühitinin formalaşdırılması, xidmətlərin əlçatanlığının təmin edilməsi gömrük xidmətinin əsas hədəflərindəndir. Bu məqsədlə gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi, prosedurların sadələşdirilməsi və rasionallığının artırılması, rəqəmsal həllərin genişləndirilməsi istiqamətində müasir çağırışlara cavab verən innovativ layihələr tətbiq olunur və bu layihələrdən biznes nümayəndələri yararlana bilər.
Görüşdə, həmçinin gömrük orqanlarının Fəaliyyət Proqramında müəyyənləşdirilən strateji hədəflər, prioritet istiqamətlər, tətbiqinə başlanan və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr barədə də palata üzvlərinə məlumat verilib.
Sonda biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.