Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov sentyabrın 4-də saat 10:00-da Ucar Gənclər Evində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti 419) Ucar, Kürdəmir, Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.
FED.az xəbər verir ki, qəbul zamanı Ucar, Kürdəmir, Göyçay və Ağdaş rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.