Dekabrın 7-də Dövlət Gömrük Komitəsində iqtisadçılar və ekspertlərlə görüş keçirilib.
Dərmanları qanunsuz yolla keçirmək istədilər - AŞKARLANDI
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirak etdiyi görüşdə sön dövrlərdə gömrük orqanları tərəfindən həyata keçirilən islahatlar, ticarətin asanlaşdırılması, prosedurların sadələşdirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində görülən işlər, tətbiq edilən layihələr barədə məlumat verilib. Həmçinin gömrük əməkdaşları tərəfindən “Gömrük İnkişaf Modeli”, “TransXəzər Gömrük Portalı”, “Avtomatlaşdırılmış Risk Analizi Sistemi” (ARAS), “Səlahiyyətli İqtisadi Operator” (SİO), “Smart-Bot” layihələrinə dair təqdimatlar nümayiş etdirilib.
Görüşdə iqtisadçılar, ekspertlər tərəfindən səsləndirilən təklif və rəylər dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.