Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirilib.
FED.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncama edilən dəyişiklikdə əksini tapıb.
Sərəncama əsasən, Azərbaycan Dövlət Gömrük Komitəsi Aparatının rəhbəri də siyahıya əlavə edilib.
***
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
zərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.9-cu bəndinə əsasən qərara alıram:
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 9, maddə 187; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 1-ci hissəsinə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavinləri” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının rəhbəri”.













