Gömrük komitəsi tərəfindən idxalın və ixracın sadələşdirilməsi üçün bir slra işlər görülür.
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov Beynəlxalq Ticarət Mərkəzinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri və xidmət ticarətinin qaydaları ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr” mövzusunda tədbirdə bildirib.
Tranzit potensialının artırılması üçün də işlər görülür. Keçən il noyabr gömrük biznes forumu keçirilib. İlk layihə olaraq transxəzər layihəsi təqdim olundu. Yüklərin daha sürətli keçidini təmin etmək üçün layihə yaradılmışdır. Rusiyaya və digər ölkələrdən Şərqdən Qərbə marşrutun daha da asanlaşdırılması ilə bağlı işlər görülüb. Rusiya ilə bağlı da sərhəddə proseslər zamanı sadələşdirmə aparılır.
Əlavə olaraq Rusiya ilə sərhəddə yeni gömrük postlarının yaradılması ilə bağlı layihə hazırlanıb. Bu postların Gürcüstanda da yaradılması planlanılır.