"Bu keçid məntəqəsinin yenidən inşa olunması yeni imkanlar yaratmaqla nəqliyyat vasitələrinin sürətli keçidinə şərait yaradır və keçid zolaqları artırılmaqla çoxlu sayda nəqliyyat vasitələri gömrük nəzarətinə daxil olmasını gətirib çıxaracaq".
"Xanoba" gömrük postu açıldı - FOTOLAR - YENİLƏNİB
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycan-Rusiya sərhədindəki "Xanoba" gömrük postunun açılışında bildirib.
Komitə sədri qeyd edib ki, bu keçid məntəqəsi əvvəllər mövcud idi: "Azərbaycana daxil olma və getmə xəttləri var idi. Hal-hazırda bu xətlərin sayı 13-ə çatıb. Minik maşınları, avtobuslar, eləcə də böyük qabaritli yük maşınları istifadə edə bilər. Bu layihəni Sərhəd Xidməti və Gömrük Xidmətləri bərabər ərsəyə gətirib".
“Burada müasir texnoloji qurğular quraşdırılıb. Eyni zamanda, nəqliyyat vasitələrinin üzərində və içində gedən malların yoxlanışı üçündə skanlaşma qurğusu var. Skanlaşma qurğusu vasitəsi ilə fiziki yoxlama aparmadan bəyan olunmayan yükləri aşkarlaya biləcəyik. Burda anbarlaşma prosesləri var ki, nəqliyyat vasitələrinin növbə gözləmədən əvvəldən keçid haqqında məlumatı elektron növbə sistemi vasitə ilə əldə etdikdən sonra zonaya daxil olması imkanları yaradılıb”.
Şahin Bağırov əlavə edib ki, biz bütün sərhəd məntəqələrində infrastruktur imkanlarını inkişaf etdirəcəyik: "Yaxın gələcəkdə Gürcüstanla qarşılıqlı razılaşma əsasında yeni keçid məntəqəsi inşası nəzərdə tutulur". (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.