Ötən il 34100 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 1681-i cinayət xarakterli faktlar, 1224 fakt xarici valyuta vəsaitlərini xaricdən qaytarmama, 33 fakt gömrük ödənişlərinin ödənilməsindən yayınma üzrə, 131 digər cinayət xarakterli fakt üzrə olub.
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini Bəhruz Quliyev DGK-nın illik hesabatına həsr olunmuş kollegiya iclasında bildirib.
Bəhruz Quliyev əlavə edib ki, hesabat ilində ümumilikdə 640 kq 940 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb ki, bu narkotiklərin 91%-ni daha təhlükəli ağır narkotik olan heroin təşkil edib.
“Bundan başqa, gömrük orqanları tərəfindən aşkar olunmuş 32400 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 3 milyon 660 min 700 manat cərimə tətbiq olunmuş, dəyəri 269 600 manat olan mallar məhkəmə orqanları tərəfindən müsadirə edilib”, - deyə sədrin birinci müavini əlavə edib. (Azərtac)