Bakı şəhərindəki müxtəlif ünvanlarda fəaliyyət göstərən satış və saxlanc yerlərindən, habelə nəqliyyat vasitəsindən ümumilikdə 9741 qutu Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış müxtəlif növ xarici markalı siqaretlər aşkar olunaraq götürülüb.
Siqaretin idxalında - YENİ TƏLƏB
FED.az Dövlət Gömrük Komitəsinə(DGK) istinadən xəbər verir ki, hüquqpozmaya yol vermiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi üçün hər iki fakt üzrə araşdırma aparılır.
DGK bir daha vətəndaşların diqqətinə çatdırır ki, iri vergi tutumlu aksiz markası ilə markalanmalı və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların (siqaretlər, alkoqollu içkilər və s.) qanunsuz idxalı, satışı, əldə edilməsi, daşınması, saxlanması, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi, habelə bu qəbildən olan digər hərəkətlər dövlətin, bu sahədə qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin, habelə istehlakçıların mənafeyinə ziyan vurur və qətiyyən yolverilməzdir.