2023-cü ildə 813 xarici iqtisadi fəaliyyət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ verilib. Bunlardan 296-sı ixrac, 517-si isə idxal əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edib.
Gömrük sədrindən şəxsi istifadə üçün 300 dollarlıq limit barədə açıqlama – MÜSAHİBƏ
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bildirib.
Bağırov əlavə edib ki, 2023-cü il ərzində “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etmiş xarici ticarət iştirakçılarının idxal əməliyyatlarının payı 32,68 faiz, ixrac əməliyyatlarının payı isə 17,37 faiz təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin noyabr ayının sonuna olan məlumata görə, xarici ticarət iştirakçılarının sayı 67 515, o cümldən fiziki şəxslər üzrə 57 264, hüquqi şəxslər üzrə 10 251 şəxs olub. (Azərtac)