Cari ilin yanvar ayında Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin həcmi 208,5 milyon ABŞ dolları olub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə sitinadən xəbər verir.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 203 milyon ABŞ dolları və ya 2 892 dəfə çoxdur.
Belə ki, 2024-cü ilin yanvarında Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin həcmi 5,4 milyon ABŞ dolları təşkil edib.
Ötən ay Azərbaycandan Çexiyaya ixrac olunan məhsulların dəyəri 202,5 milyon dollara bərabər olub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 202,4 milyon ABŞ dolları, yaxud da 2 min 892 dəfə çoxdur.
2024-cü ilin yanvarında Azərbaycandan Çexiyaya ixrac olunan məhsulların dəyəri cəmi 70 min ABŞ dolları idi.
Hesabat dövründə Azərbaycan özü də İtaliyadan 6,1 milyon dəyərində məhsul idxal edib. Bu ötən ilin müvafiq dövri ilə müqayisədə 673,8 min manat (12,5%) artım deməkdir.
2024-cü ildə Azərbaycan İtaliyadan 5,4 milyon dollara yaxın məhsul idxal etmişdi.