2023-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 21 milyon 39 min dollar dəyərində 371 min 730 ton sement (hazır və ya klinker formasında) ixrac edilib.
Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo - 19% AZALIB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 20.5% və ya 63 min 298 ton, məbləğ baxımından isə 57.6% və ya 7 milyon 693 min dollar artıb. 2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycandan 13 milyon 346 min dollar dəyərində 308 min 432 ton sement ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə ixrac edilən sementin 1 tonunun orta qiyməti 30.7% artıb. Belə ki, 2023-cü ilin ilk 6 ərzində ölkədən ixrac edilən sementin 1 tonunun qiyməti 56.6 dollara bərabər olub ki, bu rəqəm 2022-ci ilin müvafiq dövründə 43.3 dollar idi.
Xatırladaq ki cari ilin yanvar-iyun aylarında sementin ümumi ixracda xüsusi çəkisi 0.12%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.19%-ə bərabər olub. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.