Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsi tərəfindən 2026-cı il yanvarın 1-dən etibarən həyata keçirilən tədbirlərin nəticələri açıqlanıb.
Enerji içkilərinə və arağa aksiz dərəcəsi artırılıb - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşı Orxan Sultanov məlumat verib.
O bildirib ki, hesabat dövründə ümumilikdə 1072 hüquqpozma faktı aşkarlanıb. Onlardan 4-ü cinayət, 1068-i isə inzibati xəta xarakterlidir.
Orxan Sultanovun sözlərinə görə, cinayət xarakterli faktlardan 3-ü üzərində məcburi nişanlama aparılmalı olduğu halda nişanlanmamış siqaretlərin qanunsuz dövriyyəsi ilə bağlıdır.
Bundan başqa, 1 fakt üzrə gömrük orqanına bəyan edilməyən 308,30 karat brilyant qaş aşkar edilib.
Həmçinin 3 fakt üzrə məcburi nişanlanmalı olduğu halda nişanlanmamış 73 840 ədəd siqaret aşkarlanıb.
İdarə əməkdaşı qeyd edib ki, gömrük qaydalarının pozulması ilə bağlı təqsirkar fiziki şəxslərə ümumilikdə 97 169,30 manat məbləğində cərimə tətbiq olunub. Bunlardan 81 146,35 manatının ödənilməsi təmin edilib.
Bundan əlavə, 64 fakt üzrə toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. (Apa)














