“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilməsi təklif olunur.
Kirayədə yaşayan vergi orqanının vəzifəli şəxslərinə kompensasiya veriləcək
FED.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 17-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Əsasnamənin 59-cu maddəsinə təklif olunur ki, gömrük orqanlarının vəzifəli şəxslərinin, onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərcləri və birdəfəlik kompensasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada Azərbaycanın gömrük işini aparan icra hakimiyyəti orqanının hesabına köçürülən Gömrük Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitlərdən ödənilir. Əsasnaməyə yeni əlavə edilən 59-1-ci maddəyə əsasən, gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilməsi təklif edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.