Bu ilin ilk 11 ayında Azərbaycandan 163,4 milyon dollar həcmində 521 min ton azot gübrəsi ixrac edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, azot gübrəsi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 50,6 milyon dollar və ya 44,9% artıb, miqdar ifadəsilə isə cüzi - 9,4 min ton və ya 1,8% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 112,8 milyon dollar dəyərində 511,6 min ton azot gübrəsi ixrac olunmuşdu.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi azot gübrəsinin 1 kiloqramının orta ixrac qiyməti 53 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 37 qəpik idi. Bu da illik müqayisədə 16 qəpik və ya 43,2% bahalaşma deməkdir.
Bu il 11 ayında ümumi ixracın 0,70%-i, qeyri-neft sektoru üzrə ixracın isə 4,93%-i azot gübrəsinin payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,46% və 3,65% olmuşdu.










