Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 966 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu, ötən ilin eyni dövrünə nisbətən 2 milyard 527 milyon dollar və ya 13,7 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 11 milyard 1 milyon ABŞ dolları ixracın, 9 milyard 965 milyon ABŞ dolları isə idxalın payına düşüb.
İllik müqayisədə ixrac 137 milyon dollar və ya 1,2 % azalıb, idxal isə 2 milyard 665 milyon dollar və ya 36,5 % artıb.
Son nəticədə xarici ticarətdə 1 milyard 36 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2 milyard 802 milyon dollar və ya 3,7 dəfə azdır.