Bu ilin ilk rübündə Azərbaycanın xarici ticarət dövriyyəsi 9,4 milyard ABŞ dolları təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 22% azdır.
Bu dövr üzrə ixracın həcmi 15,6% azalaraq 5,4 milyard dollar təşkil edib. İdxal da 29,3% azalaraq 4 milyard dollara bərabər olub.
Ötən il xarici ticarətin müsbət saldosu 2 dəfəyə yaxın artaraq 1,39 milyard dollar təşkil edib.













