Bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 3 milyard 538,06 milyon ABŞ dolları təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi 1 milyard 552,77 milyon dollar və ya 30,5% azalıb.
Ötən ilin yanvar ayında bu göstərici 5 milyard 90,83 milyon dollar olmuşdu.
Hesabat dövründə Azərbaycanın ixracı 2 milyard 235,85 milyon ABŞ dolları təşkil edib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 802,6 milyon dollar və ya 26,4% azalıb.
Ötən ilin yanvar ayında bu göstərici 3 milyard 38,45 milyon dollar olmuşdu.
Azərbaycanın idxalı 1 milyard 302,21 milyon ABŞ dollara bərabər olub ki, bu da əvvəli ilin eyni dövrü ilə müqayisədə 750,17 milyon dollar və ya 36,6% azdır. 2024-cü ilin yanvar ayında bu göstərici 2 milyard 52,38 milyon dollar olmuşdu.
Yekunda Azərbaycanın xarici ticarət saldosu (müsbət fərq) 933,63 milyon ABŞ dolları təşkil edib.
Lakin illik müqayisədə müsbət saldo 52,44 milyon dollar və ya 5,3% azalıb.
2024-cü ilin yanvar ayında bu göstərici 986,07 milyon dollar olmuşdu.










