Bu ilin ilk yarısında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 24 milyard 661,3 milyon dollar olub.
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xarici ticarət dövriyyəsi ötən ilin ilk yarısı ilə müqayisədə 261 milyon dollar və ya 1,1% artıb.
Xatırladaq ki, ötən ilin birinci yarısında xarici ticarət dövriyyəsi 24 milyard 400,3 milyon dollar olmuşdu.
Hesabat dövründə xarici ticarət dövriyyəsinin 16 milyard 320,2 milyon dolları ixracın, 8 milyard 341,1 milyon dolları idxalın payına düşüb.
Ötən ilin birinci yarısı ilə müqayisədə ixracın həcmi 3 milyard 442 milyon dollar (26,7%) artıb, idxalın həcmi isə 3 milyard 181 milyon dollar (27,6%) azalıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ixracın həcmi 12 milyard 878,2 milyon dollar, idxalın həcmi 11 milyard 522,1 milyon dollar idi.
Yekunda bu ilin ilk yarısında xarici ticarətdə 7 milyard 979,1 milyon dollarlıq müsbət saldo qeydə alınıb. Xarici ticarətin müsbət saldosu illik müqayisədə 6 milyard 623 milyon dollar (5,9 dəfə) çox olub. Belə ki, 2025-ci ilin ilk yarısında xarici ticarətin müsbət saldosu 1 milyard 356 milyon dollar idi.














