Yanvar-sentyabr aylarında 50 milyon 408,8 min dollar dəyərində 198 min 708,16 ton alma azot gübrəsi edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 113 milyon 122,85 min dollar (3,2 dəfə), miqdar ifadəsi ilə 76 min 99,78, ton (27,9%) artıb.
Keçən ilin yanvar-sentyabr aylarında xaricə 163 milyon 531,65 min ABŞ dolları dəyərində 275 min 702,94 ton azot gübrəsi ixrac edilmişdi.
Beləliklə bir ton azot gübrəsinin ixrac qiyməti bu il 254 dollar, ötən ilin müvafiq dövründə 593 dollar təşkil edib. Bu göstərici son bir ildə 339 dollar, başqa sözlə 57,2% (2,3 dəfə) azalıb.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında azot gübrəsinin ümumi ixracda xüsusi çəkisi 0.19%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 2.07%-ə bərabər olub.
Keçən ilin yanvar-sentyabr aylarında azot gübrəsinin ümumi ixracda xüsusi çəkisi 0.55%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 7.73%-ə bərabər olub.