2024-cü ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 26,9 milyard dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət 3,4 milyard dollar azalıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, azalmanın səbəbi ölkədən ixracın aşağı düşməsidir.
Bu ilin 7 aynıda ixracın həcmi cəmi 16,1 milyard dollar olub ki, bu da ötən ilin enyi dövrü ilə müqayisədə 4,7 milyard dollar və ya 22% aşağıdır.
Hesabat dövründə idxal isə təqribən 1 milyard dollar artaraq 10,8 milyard dollara çatıb.
Nəticədə ilk 7 ayda xarici ticarətdə müsbət saldo ötənilki 11,2 milyard dollardan 2 dəfə azalaraq 5,3 milyard dollara düşüb.