Bu ilin yanvar-mart aylarında 8666 ton əczaçılıq məhsulları idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən əczaçılıq məhsullarının dəyəri 192 milyon dollar olub.
Xatırladaq ki, 2022-ci ilin eyni dövründə dəyəri 163,3 milyon dollar olmaqla 7456 ton əczaçılıq məhsulları idxal olunub.
Başqa sözlə, bu il dərman idxalına çəkilən xərc 17% artıb.
Bundan başqa, 2022-ci ildə ölkəyə xaricdən idxal edilən əczaçılıq məhsullarının hər tonunun idxal qiyməti 21 900 dollar idisə, 2023-cü ildə bu rəqəm 22 155 dollar olub.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az