2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrdən 16 milyon 787 min ABŞ dolları dəyərində 5 min 285 ton vafli və vafli həbləri idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4 milyon 496 min dollar və ya 36,6%, həcm baxımından isə 1 121 ton və ya 26,9% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında 12 milyon 291 min dollar dəyərində 4 min 161 ton vafli idxal edilib.
1 ton vaflinin idxal qiyməti 2023-cü ilin 11 ayı ərzində 3 177 dollar, 2022-ci ilin eyni dövründə 2 952 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 225 dollar (7,6%) artım baş verib.
Ümumilikdə isə 1 kq vaflinin idxalı 2023-cü ilin yanvar-noyabr aylarında 5,40 manata və 2022-ci ilin eyni dövründə 5,01 manata başa gəlib