2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 326 milyon 244 min dollar dəyərində 1 milyon 166 min 285 ədəd smartfon idxal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici miqdar (say) baxımından 162 min 938 ədəd və ya 16,2%, dəyər baxımından isə 59 milyon 314 min dollar və ya 22,2% çoxdur.
Belə ki, 2023-cü ilin 10 ayı ərzində ölkəyə 266 milyon 929 min dollar dəyərində 1 milyon 3 min 347 ədəd smartfon gətirilib.
Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 476 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 452 manat idi. Bu da o deməkdir ki, orta idxal qiyməti son bir il ərzində 24 manat, başqa sözlə 5,1% artıb.