2024-cü ilin yanvar ayında Azərbaycana 682 min dollar dəyərində 2 177 ton qarğıdalı idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 2 milyon 55 min dollar yəni dəfə azalıb, miqdar ifadəsi ilə təxminən 8 213 ton (4,8 dəfə) azalıb.
Ötən ilin müvafiq dövründə 2 milyon 737 min dollar məbləğində 10 390 ton qarğıdalı gətirilib.
1 ton qarğıdalının idxal qiyməti bu il 313 dollar, ötən ilin eyni dövründə isə 263 dollar təşkil edib. Qiymətlərdə 50 dollar və ya 18,9% bahalaşma qeydə alınıb.
Bu da o deməkdir ki, bir kq qarğıdalının idxalı cari ilin yanvar ayında 0,53 manat, ötən iln müvafiq dövründə isə 0,45 manata başa gəlib.
Qeyd edək ki, hesabat dövründə idxal edilən qarğıdalının dəyəri Azərbaycanın ümumi idxalının 0,06%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə qarğıdalı Azərbaycanın ümumi idxalının 0,19%-nə bərabər olub.