2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dəyəri 241 milyon 93 min dollar həcmində 1 milyon 117 min 277 ton buğda idxal edilib.
Azərbaycana dərmanların idxalı azalıb -ORTA İDXAL QİYMƏTİ ARTIB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 42 milyon 283 min 830 dollar və ya 14,92% azalıb, miqdar ifadəsində isə 22 min 302 ton, başqa sözlə, 2,04% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında isə Azərbaycana 283 milyon 377 min dollar dəyərində 1 milyon 94 min 975 ton buğda idxal edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında idxal edilən buğdanın 1 kiloqramının orta dəyəri 37 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 44 qəpik idi. Bu da illik müqayisədə 7 qəpik və ya 15,91% azalma deməkdir.
Bu il ümumi idxalın 1,28%-i buğdanın payına düşüb.