2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 309 milyon 983 min dollar dəyərində 1 milyon 94 min 975 ton buğda məhsulları idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 132 milyon 568 min dollar yəni 30,4%, miqdar ifadəsi ilə təxminən 117 min 655 ton ( 9,1%) azalıb.
Ötən ilin müvafiq dövründə 436 milyon 551 min dollar məbləğində 1 milyon 292 min 996 ton buğda gətirilib.
1 ton buğdanın idxal qiyməti bu il 259 dollar, ötən il isə 338 dollar təşkil edib. Qiymətlərdə 79 dollar və ya 23,4% ucuzlaşma qeydə alınıb.
Qeyd edək ki, hesabat dövründə idxal edilən buğdanın dəyəri Azərbaycanın ümumi idxalının 1,76%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə buğdanın idxalı Azərbaycanın ümumi idxalının 3,00%-nə bərabər olub.