Bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.
Malların anbarlarda saxlanılması gömrük orqanının icazəsi ilə həyata keçiriləcək
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir.
Cari ilin yanvar-aprel aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4 dəfə, pambıq iplik 2,3 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 71%, pambıq lifi 49,9%, meyvə-tərəvəz 22,1%, alüminium və onlardan hazırlanan məmulatlar 32,2%, çay 12,1%, spirtli və spirtsiz içkilər isə 9,4% artıb.
2026-cı ilin yanvar-aprel aylarında aqrar məhsullar üzrə ixrac 28,3% artaraq 298,3 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 31,6% artaraq 119 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 29,1% artaraq 417,3 milyon ABŞ dollarına bərabər olub.













