Cari ilin yanvar-mart aylarında Azərbaycandan 114 mln. 940 min dollar dəyərində 90 min 893 ton meyvə-tərəvəz ixrac olunub.
Azərbaycan Rusiyaya pomidor tədarükündə - BİRİNCİ YERDƏDİR
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6.3% və ya 6 min 140 ton, məbləğ baxımından isə 8% və ya 9 mln. 998 min dollar azdır.
Qeyd edək ki, ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat(24491 ton), meşə fındığı(7823 ton), alma(22240 ton), xurma(20247 ton), kartof(1164 ton) və nar(5831 ton) olub.
Xatırladaq ki, bu ilin ilk 3 ayında meyvə-tərəvəz ixracı Azərbaycanın qeyri-neft sektoru üzrə ixracındakı payının 12.60%-ni təşkil edib. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az