2023-cü ilin yanvar-noyabr aylarında xaricdən Azərbaycana 384 milyon 675 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar gətirilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 119 milyon 289 min ABŞ dollar və ya 44,9% çoxdur.
2022-ci müvafiq dövründə Azərbaycana 265 milyon 386 min dollar dəyərində geyim əşyaları idxal olunmuşdu
Hesabat dövründə geyim əşyaları və geyim üçün ləvazimatların idxalı Azərbaycanın ümumi idxalının 2,43%-ni təşkil edib. Ötən ilin eyni dövründə isə bu rəqəm 2,06% idi.