2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan xarici ölkələrə 26 milyon 380 min dollar dəyərində 33 331 ton xurma ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 11 milyon 814 min dollar və ya 81%, miqdar ifadəsilə 13 min 327 ton və ya 67% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk iki ayında Azərbaycandan xaricə 14 milyon 575 min dollar dəyərində 20 min 4 ton xurma ixrac olunmuşdu.
2024-cü ilin ilk 2 ayında Azərbaycandan 1 kq xurmanın xaricə satışı üzrə orta qiymət 0,79 dollar və ya 1,35 manat təşkil edib. Xatırladaq ki, ötən il bu qiymət 0,73 dollar və ya 1,24 manat olmuşdu.
Başqa sözlə, ötən illə müqayisədə bu il Azərbaycandan xurmanın orta satış qiyməti 9% artıb.