Azərbaycanda xarici ticarət dövriyyəsində idxalın payı artıb.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Belə ki, xarici ticarət dövriyyəsində ixracın payı 12 milyard 614 milyon 160 min ABŞ dolları həcmində olub.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 320 milyon 847 min dolları və ya 22,5% çoxdur.
Keçən il bu göstərici 10 milyard 293 milyon 312 min dollar təşkil edib.