Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə “pambıq lifinin tullantıları” yükü aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
DGK: "Külli miqdarda brilliant, qızıl və qiymətli əşyalar aşkarlanıb"
FED.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunun ön hissələrindəki boşluqlardan 11 ədəd külçə formasında, üzəri falqa ilə örtülmüş 14 bükümdə isə qırıntı halında olmaqla 990 əyarlı, ümumilikdə çəkisi 36,946 kq, dəyəri 41436 Azərbaycan manatı olan gümüş aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.