Nazirlər Kabineti “Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair Qaydalar”ını təsdiqləyib.
Daha 3 sahə ƏDV və gömrükdən azad edildi – HÖKUMƏTDƏN QƏRAR
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən ediləcək:
- malların sövdələşmə qiyməti ilə;
- eyni malların sövdələşmə qiyməti ilə;
- eynicinsli malların sövdələşmə qiyməti ilə;
- dəyərin çıxılması üsulu ilə;
- dəyərin toplanması üsulu ilə;
- ehtiyat üsulu ilə.
Qərar 30 gündən sonra qüvvəyə minəcək.