Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 milyard 008,889 milyon manat təşkil edib.
FED.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 % çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 23,6 % artaraq 241,928 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 21,6 % artaraq 728,408 milyon manat, aksizlər üzrə daxilolmalar 66 % artaraq 29,761 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 4,8 % artaraq 8,793 milyon manat olub. (Report)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.