Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 959,342 milyon manat təşkil edib.
Gömrük Komitəsi Hökumət Ödəniş Portalına alternativ yenilik tətbiq edib
FED.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 11,5 % artaraq 269,754 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 10,9 % azalaraq 649,103 milyon manat, aksizlər üzrə daxilolmalar 13,5 % artaraq 33,779 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 23,7 % azalaraq 6,706 milyon manat olub.