Bu ilin yanvar-noyabr aylarında xaricdən Azərbaycana ümumilikdə 111 milyon 48 min dollar dəyərində 2 min 737 ədəd elektromobil gətirilib.
FED.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan elektromobillərin sayı 6,7 dəfə və ya 2 min 328 ədəd, dəyəri isə baxımından 7,8 dəfə və ya 96 milyon 722 min dollar artıb. 2022-ci ilin müvafiq dövründə Azərbaycana 14 milyon 325,52 min dollar dəyərində 409 ədəd elektromobil idxal edilib.
Bu dövrdə 1 ədəd elektromobilin idxal qiyməti 40 min 573 dollar, ötən ilin eyni dövründə isə 35 min 26 dollar olub. İdxal qiyməti son bir il ərzində 5 547 dollar, yəni 15,8% artıb.