2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 237 milyon 908 min dollar dəyərində 10 min 994 ton əczaçılıq məhsulları idxal olunub.
FED.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyətləri Haqqında aylıq hesabatında bildirilir.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 213 milyon 736 min dollar dəyərində 10 min 505 ton əczaçılıq məhsulları idxal olunmuşdu. Beləliklə, əczaçılıq məhsulları idxalı dəyər ifadəsilə 11,3%, miqdar ifadəsilə 4,7% artıb. Başqa sözlə idxal göstəricilərində dəyər ifadəsi ilə 24 milyon 172 min dollar, miqdar ifadəsi ilə 489 ton artım müşahidə edilib.
Bir ton əczaçılıq məhsullarının orta idxal qiymətlər üzrə dəyəri 2022-ci ilin 4 ayında 20346 dollar ikən, 2023-cü ilin 4 ayında 21640 dollar olub.
Hesabat dövründə əczaçılıq məhsulları idxalı Azərbaycanın ümumi idxalının 4,49%-ni təşkil edib.