Bu ilin yanvar-may aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 736 milyon 871 min ABŞ dolları dəyərində 1 milyon 132 min 706 ton yük daşınıb.
Operatorlar beynəlxalq daşımaları həyata keçirən avtomobilləri - Taxoqrafla Təchiz Edəcəklər
FED.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 93,9 % və 4 dəfə çoxdur.
O cümlədən, 5 ay ərzində dəniz nəqliyyatı ilə ixrac olunan 66 milyon 51 min ABŞ dolları dəyərində 30 min 484 ton yük ixrac olunub, 670 milyon 820 min ABŞ dolları dəyərində 1 milyon 102 min 221 ton yük idxal olunub. Son 1 ildə ixrac olunan yükün dəyəri 3 dəfə, həcmi 23 %, idxal olunan yükün isə dəyəri 87,1 %, həcmi 4,2 dəfə artıb. (Report)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.