2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan 3 milyon18 min dollar dəyərində 334 ton çay ixrac edib.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən çayın dəyəri 51,8% və ya 3 milyon 246 min dollar, miqdarı isə 69% və ya 747 ton artıb.
2022-ci ilin ilk 6 ayında Azərbaycandan 6 milyon 264 min dollar dəyərində 1082 ton çay ixrac edilib.
Bir ton çayın ixrac qiyməti 2022-ci ilin 6 ayında 5789 dollar ikən, 2023-cü ilin 6 ayında 9009 dollar olub.
Çayın orta ixrac qiyməti son bir ildə 3220 dollar, başqa sözlə 55,6% yüksəlib.
Xatırladaq ki, cari ilin yanvar-iyun aylarında çayın ümumi ixracda xüsusi çəkisi 0.02-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,17%-ə bərabər olub.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.