Cari ilin yanvar-fevral aylarında Azərbaycana 82 milyon 728 min dollar dəyərində 2 571 ədəd hibrid avtomobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-ci iln eyni dövrü ilə müqayisədə hibrid avtomobilləri dəyər ifadəsi ilə 44 milyon 957 min dollar və ya 2,2 dəfə, miqdar ifadəsi ilə 751 ədəd və ya 42% artıb.
Qeyd edək ki, ötən ilin yanvar-fevral ayları ərzində 37 milyon 771 min dollar dəyərində 1 815 ədəd hibrid avtomobili gətirilib.
Azərbaycana gətirilən hibrid avtomobillərin sayınını arması ilə yanaşı, onların qiyməti də yüksəlib. Belə ki, 2024-cü ilin iki ayında 1 ədəd hibrid avtomobiln orta idxal qiyməti 32 178 dollar (54 702 manat) təşkil edib. 2023-ci ilin yanvar-fevral aylarında isə ölkəyə gətirilən hibrid maşınlarının orta qiyməti 20 811 dollar (35 378 manat) olmuşdu. Beləliklə son bir ildə idxal olunan hibrid avtomobillər 11 367 dollar (19 324 manat) və ya 54,6% bahalaşıb.