2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 98 milyon 299,79 min dollar dəyərində 2 425 ədəd elektromobil idxal olunub.
Bu barədə “FED.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan elektromobillərin sayı 6,6 dəfə və ya 2 057 ədəd artıb.
Dəyər ifadəsində 85 milyon 553,5 min dollar və ya 7,7 dəfə artım baş verib.
2022-ci ilin müvafiq dövründə Azərbaycana 12 milyon 746,32 min dollar dəyərində 368 ədəd elektromobil idxal edilib.
Hesabat dövründə 1 ədəd elektromobilin idxal qiyməti təxminən 40 min 536 dollar, keçən ilin eyni dövründə 34 min 637 dollara bərabər olub. Beləliklə, qiymətlər 5 min 899 dollar və ya 17% bahalaşıb.