Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Bu mallar gömrük rüsumundan - AZAD OLUNDU
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, 30 iyun 2026-cı ilə qədər Azərbaycana idxal olunacaq təhlükəsizlik məqsədi daşıyan ayaqqabıların idxalına tətbiq olunan 15 %-lik gömrük rüsumu 1 cüt üçün 9 ABŞ dolları ilə əvəzlənəcək.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.