2025-ci ilin yanvar ayında Azərbaycandan dəyəri 12 milyon 425 min dollar həcmində 4 min 330 ton alüminium ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alüminium ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 milyon 950 min dollar və ya 19,2%, miqdar ifadəsində isə 1 338 ton, başqa sözlə, 23,6% azalıb.
Xatırladaq ki, 2024-cü ilin yanvar ayında isə Azərbaycandan 15 milyon 381 min dollar dəyərində 5 min 668 ton alüminium ixrac edilmişdi.
Qeyd edək ötən il əzində ixrac edilən alüminiumun 1 kiloqramının orta ixrac dəyəri 4,87 manat olub. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 4,61 manat idi. Bu da illik müqayisədə 27 qəpik və ya 5,7% artım deməkdir.
Bu il ümumi ixracının 0,41%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5,06%-i alüminiumun payına düşüb.