2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 1 milyon 230 min ABŞ dolları dəyərində 205 ton zeytun yağı idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 202,8 min dollar və ya 14,2%, həcm baxımından isə 112 ton və ya 35,3% azalıb.
2022-ci ilin yanvar-noyabr aylarında xaricdən 1 milyon 433 min dollar dəyərində 318 min ton zeytun yağı idxal edilib.
Qeyd edək ki, idxal olunan yağın 393,9 min dollar dəyərində 56,1 tonu, saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağı, 251,4 min dollar dəyərində 57,3 tonu saflaşdırılmamış, birinci sıxma zeytun yağı, 37,8 min dollar dəyərində 3,1 tonu saflaşdırılmamış, digər birinci sıxma zeytun yağları, 546,8 min dollar dəyərində 89 tonu isə digər zeytun yağı və onun fraksiyaları təşkil edib.
1 ton zeytun yağının idxal qiyməti 2023-cü ilin 11 ayı ərzində 5 986 dollar, 2022-ci ilin eyni dövründə 4 512 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 1 474 dollar (32,7%) bahalaşma baş verib.
Ümumilikdə isə 1 kq zeytun yağının idxalı 2023-cü ilin yanvar-noyabr aylarında 10,2 manat və 2022-ci ilin yanvar-noyabr aylarında 7,68 manata (2,50 manat bahlaşma) başa gəlib.