Bu ilin ilk 2 ayında Azərbaycana 20 milyon 498 min dollar (34 milyon 847 min manat) dəyərində tütün və tütün məmulatları idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, tütün idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 148 min dollar (252 min manat) və ya 0,7% artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana 20 milyon 350 min dollar (34 milyon 595 min manat) dəyərində tütün məhsulları gətirilmişdi.
Bu il ilk 2 ayda ümumi idxalın 0,79%-i tütün məmulatlarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,49% idi.











