Ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 4,9 milyard dolları ötüb.
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 5 vaqon taxıl göndərilib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Zəngilan şəhərində keçirilən Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Komissiyanın 24-cü iclasında çıxışı zamanı deyib.
“2024–2026-cı illər üzrə əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair Yol Xəritəsinin icrası uğurla davam edir”, - o bildirib.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi əməkdaşlıq qarşılıqlı münasibətlərin əsas istiqamətlərindən biridir və Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri kimi xarici ticarət dövriyyəsində mühüm yer tutur.
Şahin Mustafayev vurğulayıb ki, 2025-ci ilin yekunlarına görə ölkələr arasında ticarət dövriyyəsi 4,9 milyard ABŞ dollarını ötərək əvvəlki illə müqayisədə davamlı artım nümayiş etdirib. Belə ki, cari ilin ilk üç ayında isə qarşılıqlı ticarətin həcmi təxminən 750 milyon dollar təşkil edib.
Baş nazirin müavini əlavə edib ki, kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarəti ümumi dövriyyədə mühüm yer tutur.
Onun sözlərinə görə, Rusiya bazarı Azərbaycan qeyri-neft ixracı üçün əsas istiqamət olaraq qalır.
Şahin Mustafayev onu da qeyd edib ki, 2025-ci ilin nəticələrinə əsasən Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 837 milyon dolları ötüb, meyvə-tərəvəz tədarükü isə təxminən 31 faiz artaraq 696 milyon dollara çatıb. Eyni zamanda, Rusiyadan Azərbaycana kənd təsərrüfatı məhsullarının idxalı 832 milyon dollardan çox olub. (Apa)













