2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 251 milyon 718 min dollar dəyərində 904 min 782 ədəd smartfon idxal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici miqdar (say) baxımından 100 min 855 ədəd və ya 12.5%, dəyər baxımından isə 45 milyon 527 min dollar və ya 22,1% çoxdur.
Belə ki, 2023-cü ilin ilk 8 ayı ərzində ölkəyə 206 milyon 190 min dollar dəyərində 803 min 927 ədəd smartfon gətirilib.
Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 473 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 436 manat idi. Bu da o deməkdir ki, orta idxal qiyməti son bir il ərzində 37 manat, başqa sözlə 8,5% artıb.
Hesabat dövründə ən baha qiymətə smartfon idxalı 2 min 825 manata Almaniyadan, ən ucuz qiymətə isə 394 manata Hindistandan edilib.
Miqdar ifadəsində isə ən çox smartfon Çindən (702 min 814 ədəd), Vyetnamdan (142 min 934 ədəd), Hindistandan (55 min 301 ədəd) və Amerika Birləşmiş Ştatlarından ( 2 min 636 ədəd ) gətirilib. Ən az smartfon isə 5 ədəd olmaqla Avstriya və Almaniyadan gətirilib.
S/n |
Ölkələr |
Miqdar |
Məbləğ (min dollar) |
Orta idxal qiyməti (dollar) |
Orta idxal qiyməti (manat) |
Smartfonlar |
904 782 |
251 718 |
278 |
473 |
|
1 |
Ukrayna |
57 |
64 |
1 125 |
1 912 |
2 |
Amerika Birləşmiş Ştatları |
2 636 |
3030 |
1 150 |
1 954 |
3 |
Birləşmiş Ərəb Əmirlikləri |
375 |
180 |
480 |
815 |
5 |
Çin |
702 814 |
186 115 |
265 |
450 |
7 |
Hindistan |
55 301 |
12 812 |
232 |
394 |
8 |
İndoneziya |
75 |
23 |
303 |
515 |
9 |
Koreya Respublikası |
114 |
118 |
1 039 |
1 766 |
10 |
Malayziya |
17 |
26 |
1 526 |
2 594 |
11 |
Sinqapur |
39 |
43 |
1 107 |
1 881 |
12 |
Tailand |
20 |
14 |
685 |
1 165 |
13 |
Vyetnam |
142 934 |
48 885 |
342 |
581 |
14 |
Yamayka |
43 |
44 |
1 020 |
1 734 |
15 |
Yaponiya |
321 |
339 |
1 057 |
1 796 |
16 |
Almaniya |
5 |
8 |
1 662 |
2 825 |
17 |
Avstriya |
5 |
4 |
880 |
1 496 |
19 |
Fransa |
26 |
12 |
466 |
792 |